6 dekabr 2010 15:38
Pünik yenə Azərbaycan çempionuyla oyundan imtina etdi
Ermənistan çempionu Pünik Birlik Kubokunda iştirakdan imtina edib. Azerisport.az xəbər verir ki, komandanın baş məşçisi bu barədə danışarkən ölkə çempionatının və yığmanın oyunlarına daha yaxşı hazırlaşmaq üçün Rusiyaya getməkdən imtina etdiklərini bəyan edib.
Qeyd edək ki, Pünik 2005-ci ildə Moskvada keçirilən Birlik Kubokunda Neftçi ilə oyun ərəfəsində turnirdən imtina etmişdi. İrəvan klubunun əvəzində Sankt-Peterburqa hansı komandanın yollanacağı hələlik dəqiq bilinmir və qarşıdakı günlərdə müəyyənləşəcək. Azərbaycanı isə bu turnirdə İnter təmsil edəcək.
