6 dekabr 2010 02:48
Zeynal Məmmədov: Simurq`a məğlubiyyət son həddir
Bakı`nın baş meneceri Zeynal Məmmədov komandasının futbol üzrə Azərbaycan çempionatının 16-cı turunda Simurq`a məğlubiyyətini (0:1) şərh edib. Azerisport.az-a açıqlamasında paytaxt klubunun rəsmisi bunları söyləyib:
“Sabah (artıq bu gün) baş məşqçi Vinfrid Şeferin klub rəhbərliyi ilə görüşü baş tutacaq. Simurq`a məğlubiyyət son həddir. Bunlar nə etmək istəyirlər? Məgər Bakı bütün bunlara layiqdir? Bütün komanda təqsirkardır: həm oyunçular, həm də məşqçi korpusu. Hamı cavab verməlidir. Əgər oynaya bilmirlərsə, niyə onları komandada saxlayaq”.
