6 dekabr 2010 15:54
“Sübut etdim ki, hələ qol vura bilirəm”
Bakı ilə oyunda vurduğu qolla komandasına vacib qələbə Simurq`un hücumçusu Samir Əliyev Zaqatala klubunda qol hesabını açmasına münasibətini bildirib. Azerisport.az-a açıqlamasında təcrübəli foravrd bunları dilə gətirib:
“Hakim cərimə zərbəsi təyin edən kimi, bunu məhz özümün yerinə yetirəcəyimi düşündüm. Bütün komanda qara zolaqdan çıxmağımızı istəyirdi. Buna görə də qazanılan qələbə bizim üçün böyük bayram oldu. Qol vurmaqla sübut etdim ki, hələ qol vura bilirəm. Kimlər ki, məni hesabdan silirlər, gördülər ki, hələ qol vura bilirəm. Çox şadam ki, Simurq`a qələbə qazandırdım”.
