6 dekabr 2010 03:01
XL kubok oyununun hazırlığına bu gündən başlayacaq
Premyer Liqanın 16-cı turu çərçivəsində səfərdə Turan üzərində qələbə qazanan Xəzər Lənkəran bir günlük istirahətə buraxılmışdı. Azerisport.az xəbər verir ki, cənub təmsilçisi ölkə kubokunun MKT-Araz ilə oyununa hazırlaşmaq üçün bu gündən etibarən bir araya gələcək.
Öncə paytaxtda bir araya gələcək Mirça Rednikin yetirmələri dərhal Lənkərana yollanacaq. Artıq bu gün axşam saatlarında “ağ-yaşıllar”ın doğma meydanda ilk məşqə çıxması gözlənilir.
