6 dekabr 2010 03:16
Braziliyanın yeni çempionu var: Fluminense!
Braziliyada futbol üzrə yeni ölkə çempionunun adı müəyyənləşib. Azerisport.az xəbər verir ki, A Seriyasın son, 38-ci turunda Fluminense Guarani`ni 1:0 hesabıyla məğlub edərək çempionluğu bayram edib. Yeganə qolu qarşılaşmanın 62-ci dəqiqəsində Emerson vurub.
Qeyd edək ki, bu oyundan əvvəl Fluminense ən yaxın izləyicisi Corinthians`ı 1 xal qabaqlayaraq 68 xalla lider idi. Corinthians son turda Goias ilə 1:1-lik heçə-heçə oynayıb.
Maraqlıdır ki, Fluminense`nin baş məşqçisi Murisi Ramalyo San Paolo ilə 2006-2008-ci illər aralığında 3 dəfə ardıcıl çempionluğu qazana bilmişdi. Bu onun son beş ildə 4-cü çempionluğudur.
