6 dekabr 2010 16:29
FİFA və UEFA prezidenti çempionumuzun oyununu izləyəcək
Gələn il yanvarın 14-dən 23-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Birlik Kubokunu izləyənlər arasında FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini də olacaq. Azerisport.az Rusiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, ali futbol qurumlarının rəhbərləri ənənəvi olaraq, bu il də qonşu ölkədəki turnirə təşrif buyuracaqlar.
Qeyd edək ki, sayca 19-cu olacaq bu dəfəki Birlik Kubokunda ölkəmizi İnter təmsil edəcək.
