6 dekabr 2010 16:48
Bahodir Nasimov Özbəkistan millisinə dəvət aldı
Neftçi`nin hücumçusu, Premyer Liqanın cari mövsümünün bombardiri Bahodir Nasimov Özbəkistan millisinə dəvət alıb. Azerisport.az xəbər verir ki, özbəklərin son açıqlanan heyətində ölkəmizdə top qovan futbolçunun da adı olmasına rəğmən, hələlik paytaxt klubuna bu barədə rəsmi müraciət olunmayıb.
Maraq üçün qeyd edək ki, milli çempionatımızın geridə qalan 16 turunda 14 qol vura bilib. Nasimov indiyədək milli komandada cəmi 1 oyun keçirib.
