6 dekabr 2010 17:00
Foqtsun seçimi özünü doğrultmadı, Sadıqovun istisnası var
Barcelona`nın oyunçuları - ispaniyalılar Andres İnyesta, Xavi və argentinalı Lionel Messi 2010-cu ilin yekunlarına görə planetin ən yaxşı futbolçusu mükafatı - “Qızıl top”a iddialılar üçlüyünü təşkil ediblər. Azerisport.az xəbər verir ki, nominasiyaya iddialılar üçlüyünün bəyanat mərasimi bu gün Parisdə baş tutub. Onların arasında qalibin kim olacağı isə yanvarın 10-da Sürixdə açıqlayacaqlar.
Qeyd edək ki, bu ilin ən yaxşı oyunçularının səsverməsində iştirak edən millimizin çalışdırıcısı Berti Foqts ilk “3-lüy”ə düşənlərdən heç kimə səs verməmişdi. Onun səs verdiyi Diqeo Forlan, Tomas Müller və İker Kasilyas qaliblər arasında yoxdu. Millimizin kapitanı Rəşad Sadıqov isə ilk pillədə Uesli Sneyderə səs versə də, ikinci pillədə məhz qaliblər arasına düşən Xavini göstərmişdi. Sadıqovun Foqts kimi seçdiyi Forlan isə siyahıda yer ala bilməyib.
