6 dekabr 2010 17:16
Xetaqurov: Karyeramı davam etdirib-etdirməyəcəyimə ondan sonra qərar verəcəm
Xəzər Lənkəran`ın istefaya göndərilən həkimi Boris Xetaqurov cənub təmsilçisindən ayrılmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında təcrübəli mütəxəssis bunları bildirib:
“Bilirsiz, mən iki dəfə klub rəhbərliyinə ərizə yazmışdım. Həm də yaş da öz sözünü deyir, istirahət lazımdır. Hələlik Lənkərandayam, müalicə alıram. Sabah Bakıya qayıdıram. Müalicə olunmalıyam. Yalnız ondan sonra karyeramı davam etdirib-etdirməyəcəyimə qərar verəcəm”.
