6 dekabr 2010 17:46
AZAL-ın yeni stadionunda ot örtüyü döşənilir (FOTO)
AZAL klubunun yeni stadionunda təmir-quraşdırma işləri başa çatmaqdadır. Azerisport.az xəbər verir ki, bu günlərdə əsas meydançanın ot örtüyünün döşənməsi prosesi başa çatacaq. Qeyd edək ki, Hollandiyadan gətirilmiş təbii ot örtüyü bolqarıstanlı mütəxəssislər tərəfindən döşənilir.
