6 dekabr 2010 11:06
Əl Qaidə: Ronaldonu qaçıracağıq!
Terror təşkilatı kimi tanınan Əl Qaidə şok bəyanatla çıxış edib. Azerisport.az xəbər verir sözügedən təşkilat 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında Real Madrid`in və Portuqaliya yığmasının ulduz oyunçusu Kristiano Ronaldonu qaçıracaqlarını iddia edib.
Bu təhdid məktubu “Intelligence Group”un rəsmi saytında Ebu Kubeib el-Korasani imzası ilə yazılıb. Lakin maraqlıdır ki, həmin vaxt 37 yaşı olacaq Ronaldonu qaçıracaqlarını iddia etməsi bu təşkilatın bir futbolçunun karyerasının nə qədər davam etməsindən xəbərsiz olduğunu və futboldan anlamadığını ortaya çıxarıb.
