6 dekabr 2010 11:15
Qarabağ da istirahətə ehtiyac duymadı
Qarabağ İnter`lə oyundan dərhal sonra hazırlıqlara başlayıb. Azerisport.az xəbər verir ki, son çempionu minimal hesabla məğlub edən Qurban Qurbanovun komandası ölkə kubokunun 1/8 final mərhələsində qarşılaşacağı Turan`la oyunun hazırlıqlarına elə oyunun ertəsi start verib.
Dünən yüngül məşqlə kifayətlənən Ağdam təmsilçisi, bu gün tovuzlularla oyunöncəsi son məşqini edəcək.
Qeyd edək ki, Qarabağ - Turan oyunu sabah – dekabrın 7-də, saat 13:00-da Tofiq İsmayılov adına Suraxanı Qəsəbə stadionunda baş tutacaq.
