6 dekabr 2010 12:08
Vinfrid Şefer: Orda oynamaq sadəcə dözülməzdi
Bakı futbol klubunun baş məşqçisi Vinfrid Şefer 2022-ci ildə keçiriləcək dünya çempionatının Qətərdə keçirilməsinə dair fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, vaxtilə bu ölkənin klublarında çalışmış almaniyalı mütəxəssis ölkəsindən olan jurnalistlərə açıqlamasında bu barədə maraqlı fikirlər söyləyib:
“Orda oynamaq çox çətin olacaq. Mən deyərdim ki, hətta elə istidə oynamaq sadəcə dözülməzdir. İsti iştirakçıları təngə gətirəcək”.
