6 dekabr 2010 00:07
Ernani oynayır, İlqar baxır, komandaları udur
Türkiyə Bank Asiya birinci liqasında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu tur qardaş ölkədə top qovan həmyerlilərimiz üçün əlamətdar olub. Çünki Vitalo Kovalyovun şərəfini qoruduğu Kartalspor doğma meydanda İlqar Qurbanovla Ernani Pereyranın top qovduğu Mersin İdman Yurdu ilə qarşılaşıb.
Son turlarda ardıcıl qələbələr qazanan Mersin təmsilçisi bu dəfə də uğurlu çıxışının davamını gətirməyi bacarıb. Baş məşqçi Nurullah Sağlam yenə İlqara şans verməyib. Əvəzində son oyunlarda bir qayda olaraq 90 dəqiqə meydanda olan millimizin sabiq müdafiəçisi Ernani yenə ilk dəqiqələrdən mübarizə aparmaq şansı qazanıb və qələbədə pay sahiblərindən olub. Kovalyov isə minimal hesablı yenilgidə iştirak edə bilməyib. Ənənəvi olaraq, baş məşqçi yenə onu şans verməyib. Oyuna gəlincə, qonaqların 1:0 hesablı qələbəsiylə başa çatan qarşılaşmadakı yeganə qolu 33-cü dəqiqədə Şehmus Özər vurub.
Bununla da ardıcıl 4-cü qələbəsini qazanan Mersin İdman Yurdu xalını 23-ə yüksəldib. Kartalspor isə xalında qalıb.
