6 dekabr 2010 00:14
Türkiyəli hakim yenə ÇL oyununa təyinat aldı
UEFA Türkiyənin beynəlxalq dərəcəli hakimi Cüneyt Çakıra daha bir təyinat verib. Azerisport.az xəbər verir ki, o, Çempionlar Liqasında dekabrın 7-də keçiriləcək Werder Bremen - İnter matçında ədaləti qorumaq tapşırığı alıb.
FIFA dərəcəli hakimə bu işdə Bahattin Duran ilə Tarık Ongun kömək edəcək. Əlavə yardımçı hakimlik vəzifəsini Tolqa Özkalfa və Hüseyn Göçek yerinə yetirəcəksə, dördüncü hakim də Süleyman Abay olacaq.
Qeyd edək ki, Cüneyt Çakır bu mövsüm artıq ÇL-də Rubin Kazan - Barcelona və Chelsea - Spartak Moskova matçlarında ədaləti təmsil etmək şansı qazanıb.
