6 dekabr 2010 12:16
Quti avtomobil qəzasına uğradı
Beşiktaş`ın ulduz futbolçusu Quti Ernandes avtomobil qəzası keçirib. Azerisport.az xəbər verir ki, dünən keçirilən Bursaspor`la oyundakı qələbədən sonra gecə klubuna əylənməyə gedib. Ordan çıxdıqdan sonra isə, avtomobilini idarə edərkən, qarşıdan gələn avtobusun yolu üstünə çıxıb və nəticədə qəzaya səbəb olub.
Xoşbəxtlikdən hadisə nəticəsində ölən və yaralanan olmayıb. Quti özü də qəzadan sağ çıxıb Təcrübəli futbolçu dərhal polis idarəsinə aparılıb, avtomobili isə müsadirə olunub. İspan oyunçu ifadəsini verdikdən sonra sərbəst buraxılıb.
