6 dekabr 2010 12:22
Mahir Şükürovun komanda yoldaşı həyatını itirdi
Millimizin müdafiəçisi, Rusiyanın Anji klubunun üzvü Mahir Şükürovun komanda yoldaşı Şamil Burziyev həlak olub. Azerisport.az Mahaçqala klubunun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb onun dünən avtomobil qəzasına düşməsi olub. Nəticədə 25 yaşlı futbolçu dünyasını dəyişib. Qeyd edək ki, o, başa çatan mövsümdə Anji`nin heyətində 7 oyunda meydana çıxmışdı.
