6 dekabr 2010 00:19
Millimiz 4 cavabsız qolla qələbə qazandı
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Neftçi klubunun nəzdindəki U-19 komandası ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, “Dalğa” istirahət mərkəzinin ərazisində AFFA tərəfindən inşa olunan stadionda keçirilən oyun 4:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Qolları Azər Abbasov, Ayaz Mehdiyev və Nurlan Novruzov (2 qol) vurub.
