6 dekabr 2010 12:33
Həm tilsimi qırdı, həm də 5-ci qolunu vurdu
Qarabağ 3 oyunluq qələbəsiz oyunlar seriyasına son çempion İnter`i məğlub etməklə son qoydu. Azerisport.az xəbər verir ki, Ağdam klubu tərəfindən yenidən ideal şəraitə gətirilmiş Suraxanı qəsəbə stadionunda özünü daha rahat hiss edən bölgə təmsilçisi 45+1-ci dəqiqədə Rauf Əliyevin başla vurduğu qolla qalib gəldi. Bu həmdə gənc forvardın cari mövsümdə vurduğu 5-ci qol oldu. Bununla Qurban Qurbanovun yetirmələri uzun fasilədən sonra çempionatda İnter`i doğma meydanda məğlub etməyi bacardı. Eyni zamanda komanda 1 turluq fasilədən sonra yenidən “altılığ”a qayıtdı.
