6 dekabr 2010 12:38

Allan Lalin ayıldı və Emin Quliyevə çatdı

Xəzər Lənkəran klubunun oyunçusu Allan Lalin qol həsrətinə son qoyub. Azerisport.az xəbər verir ki, honduraslı hücumçu Premyer Liqada ilk qolunu vurub. Mərkəzi amerikalı legioner komandanın heyətində sonuncu qolunu bu ilin yayında vurmuşdu. O, Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda fərqlənmişdi.
 
Allan iyulun 8-də Moldovanın Olimpiya klubu ilə Lənkəranda keçirilən matçda rəqib qapısına yol tapmışdı. Həmin matçın 78-ci dəqiqəsində qol sevinci yaşayan Lalin Azərbaycan çempionatının 16-cı turunun Turan`la səfər oyununa kimi uğursuzluq zolağına düşmüşdü. Meydana çıxdığı son 13 matçda hücumçunn səyləri nəticə verməmişdi.
 
149 gündən sonra yenidən Xəzər Lənkəran azarkeşlərinə qol bəxş edən honduraslı komandanın heyətində 12-ci qolunu vurub. Bununla da legioner eyni sayda fərqlənən Emin Quliyevə çatıb. Lənkəran təmsilçisinin tarixində 10-cu bombardirliyə şərik olan Lalin əcnəbi futbolçular arasında 5-ci nəticəyə malikdir.
 
1           Zaur Ramazanov         44
2           Samir Əliyev                 34
3           Mario Souza                 26
4           Ivan Tsvetkov               24
5           Rəşad Abdullayev      18
6           Vüqar Nadirov             18
7          Oqtay Dərəlioğlu         18
8          Rahid Əmirquliyev      17
9          Edmond N'Tiamoa     13
10        Emin Quliyev               12
11        Allan Lalin                    12

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.