7 dekabr 2010 13:14
Birinci divizionda yanğınsöndürmə maşını problemi qloballaşır
Bu gün baş tutan AFFA İntizam Komitəsinin iclasında birinci divizion komandaları arasında təşkil olunan ölkə çempionatının da son turunda baş verən olaylara hüquqi qiymət verilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb:
Birinci divizionun 13-cü turunun Bakılı - Sumqayıt matçının 83-cü dəqiqəsində Sumqayıt`ın futbolçusu Nahid Mehrəliyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. Matçda yanğınsöndürmə maşınının olmadığı üçün meydan sahibləri 100 manat cərimə olunub.
Anşad Petrol - Energetik matçının 85-ci dəqiqəsində Anşad Petrol`un futbolçusu Namiq Məhərrəmov aqressiv oyuna görə (əl ilə rəqibə zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub. Matçda yanğınsöndürmə maşınının olmadığı üçün meydan sahibi 100 manat cərimə olunub.
