7 dekabr 2010 01:14
Seriya A təmsilçisi baş məşqçisini qovdu
İtaliya çempionatında çıxış edən Brescia klubunun rəhbərliyi A seriyasındakı uğursuzluqların qarşısını almaq üçün çıxış yolunu baş məşqçini istefaya göndərməkdə görüblər. Azerisport.az xəbər verir ki, klub başbilənləri Cüzeppe Yaçini ilə yolları ayırmağa qərar veriblər.
Klubun rəsmi açıqlamasında komandanı bu mövsüm A seriyasına çıxaran 46 yaşlı mütəxəssə buna görə təşəkkür edilsə də, uğursuz gedişatdan başqa çıxış yolu olmadığı vurğulanıb. Buna görə də, çalışdırıcıya gələcək karyerasında uğurlar arzulanıb. “La Gazzetta Dello Sport”un iddiasına görə, boş qalan baş məşqçi postuna hazırda əsas namizəd Mario Berettadır.
Qeyd edək ki, Brescia A seriyasında cəmi 12 xal toplaya bilib və 17-ci pillədə qərarlaşır.
