7 dekabr 2010 01:49
Newcastle rəhbərliyi də baş məşqçiyə qapını göstərdi
İngiltərə Premyer Liqasında daha bir klub baş məşqçi dəyişikliyinə əl atıb. Azerisport.az xəbər verir ki, Newcastle United klubunun başbilənləri baş məşqçi Kris Huqtonun vəzifəsindən göndərilməsinə qərar veriblər.
Son turda West Bromwich`ə 1:3 hesablı məğlubiyyət rəhbərliyi onu istefaya göndərmək məcburiyyətində qoyub.
Qeyd edək ki, son 5 matçda yalnız 2 xal toplayan və hazırda çempionatda 19 xalla 11-ci sırada yer alan Newcastle United hazırda yeni məşqçi axtarışındadır. Huqton bu klubda 13 ay idi fəaliyyət göstərirdi.
