7 dekabr 2010 14:33
Azərbaycan çempionunun rəqibləri sabah müəyyənləşəcək (YENİLƏNİB)
Gələn ilin yanvarında keçiriləcək Birlik Kubokunun püşkatma mərasiminin vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, turnirin püşkatma mərasimi bazar ertəsi keçirilməli olsa da, sonradan bu tarix dəyişdirilib və çərşənbə gününə təxirə salınıb.
Qeyd edək ki, turnirdə ölkəmizi son Azərbaycan çempionu İnter təmsil edəcək. Onun qrup mərhələsində qarşılaşacağı ilkin rəqiblərin kimliyi də məhz sabah müəyyənləşəcək. Püşkatmanın gecikməsinə isə Ermənistan çempionu Pünik`in son anda yarışda iştirakdan boyun qaçırması olub. Ermənistan Futbol Federasiyası hələlik Sankt-Peterburqa hansı klubu yollayacağını demədiyindən, təşkilat komitəsi mərasimi sabahadək təxirə salmaq məcburiyyətində qalıb.
