7 dekabr 2010 15:08
Arif Əsədov: Paytaxta qələbə ilə dönmək istəyirik
Neftçi`nin baş məşqçisi Arif Əsədov sabah keçiriləcək ölkə kubokunun 1/8 final mərhələsinin Gəncə ilə oyunu ərəfəsində fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında bakılıların çalışdırıcısı bunları söyləyib:
“Bizə ən çətin və heç də rahat olmayan Gəncə ilə səfər oyunu düşüb. Neftçi heç bir turniri əhəmiyyətli və ya əhəmiyyətsiz kimi bölüşdürmür. Ölkə kuboku da bizim üçün bir vəzifədir. Biz heyətdə bəzi dəyişikliklər edəcəyik. Ancaq bu, heç də rəqibi ciddiyə almamağımız anlamına gəlməməlidir. Sadəcə bəzi oyunçularımızı qorumağa çalışacağıq. Paytaxta da qələbə ilə dönmək istəyirik”.
