7 dekabr 2010 16:16
Galatasaray`ın Ali Sami Yen`lə vidalaşacağı tarix müəyyənləşdi
Galatasaray`ın uzun müddətdir xidmətindən istifadə etdiyi “Ali Sami Yen” stadionu ilə vidalaşacağı tarix müəyyənləşib. Azerisport.az xəbər verir ki, “sarı-qırmızılı” komanda bu arenayla Beypazarı Şekerspor ilə oynayacağı Türkiyə kuboku matçında vidalaşacaq. Həmin oyun isə gələn il yanvarın 11-də baş tutacaq.
Qeyd edək ki, “Ali Sami Yen”dən çıxmağa hazırlaşan Galatasaray özünə yeni stadion inşa etdirib. Türk Telekom Arena məhz həmin dövrdən etibarən istifadəyə veriləcək.
