7 dekabr 2010 16:28
Şuster futbolçularının stressdən yaxa qurtarmasına əlac tapdı
Türkiyəyə gəldiyi gündən bəri qəribə tapşırıqları və hazırlıq sistemiylə hamının diqqətini çəkməyə başlayan Beşiktaş`ın baş məşqçisi Bernd Şuster növbəti hərəkəti ilə yenidən gündəmə gəlib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssisin son istəyi futbolçularının soyunub-geyinmə otağında musiqi dinləməsidir.
Bunadək yemək zamanı şirniyyatlardan istifadəyə qadağa qoyan, səfər oyunlarına məhz oyun günü getməsiylə diqqət çəkən Şuster bu dəfəki istəyinin də futbolçularının stressdən uzaqlaşdırmaq məqsədi daşıdığını iddia edib. Guya matç ərəfəsində musiqi dinləmək oyunçuların stressini azaldır.
