7 dekabr 2010 16:39
Qyoko Haciyevski: Belə komanda ilk altılıqda olmalıdır
Simurq`un baş məşqçisi Qyoko Haciyevski azerisport.az-a müsahibəsində futbol üzrə Azərbaycan çempionatının 16-cı turunda Bakı üzərindəki qələbədən danışıb. O, həmçinin keçmiş klubunun problemlərinə də toxunub.
- İlk olaraq atanızın vəfatı ilə əlaqədar başsağlığımızı bildiririk...
- Mənəvi dayaq üçün çox sağ olun.
- Makedoniyada olduğunuz vaxt Simurq sizi yaxşı mənada təəccübləndirə bildi?
- Mən ən yaxın adamımı itirdim, ancaq Simurq ağrımı bir qədər yumşaltdı. Oyuna televizorla baxa bildim. Komanda meydanda əsl mübarizə aparırdı.
- Siz artıq oyunçularla danışmısız. Onlara nə dediniz?
- Hamısını təbrik etdim. Onlar qələbəni mənə həsr etdilər. Qara sarğılar taxaraq çətin dəqiqələrdə mənə dəstək olduqları üçün sağ olsunlar. Üç xal bizə heç vaxt olmadığı kimi lazım idi. Belə güclü rəqibi məğlub etmək mənim gənc komandam üçün çətin tapşırıq idi. Ancaq biz bunu reallaşdıra bildik.
- Necə düşünürsünüz, Bakı qələbəsi Simurq`u ruhlandıra bilər?
- Düşünürəm ki, ruhlandıra bilər. Düzü, bizə güclü komanda yaratmaq üçün 2-3 il lazımdır. Baxın, Neftçi və Qarabağ`a neçə il lazım oldu. Rauf Əliyev birdən-birə ağdamlıların liderinə çevrilmədi. Neftçi`nin gənc oyunçularına öz potensialını açmaq üçün vaxt lazım oldu. Bax belə, bizim böyük potensialımız var, mən bunu əvvəllər də demişdim. Altı ay qabaq heç kim Simurq`un oyunçularını adı ilə tanımırdı. O cümlədən mətbuat. Onlar heç kimə gərək deyildilər. Ancaq yarım illik iş ərzində çox şey yaxşıya doğru dəyişib.
- Diqqətəlayiqdir ki, siz iki dəfə Bakını məyus etmişsiniz. Elə Zaqatalada da Bakı məğlubiyyətdən güclə qurtardı. Bu ziddiyyətdir?
- Əslində Bakı klubuna qarşı heç bir məxsusilik yoxdur. Biz barrikadaların əks tərəfində olmağımıza baxmayaraq, mənim Bakı ilə əvvəlki kimi dost münasibətlərim qalıb. Mənə elə gəlir ki, Bakı`nın oyununda problem onun aşağı tempdə, ritmdə olmasındadır. Müvafiq olaraq onlar gənc, sürətli komandaya qarşı çətinlik çəkirlər.
- Buna baxmayaraq sizin keçmiş klubunuz real surətdə ilk altılıqdan kənarda qala bilər.
- Çox istərdim ki, əksinə olsun. Əgər Bakı ora düşməsə, çox təəssüf. Klub yaxşı imkanlar yaradıb, yeni baza inşa edib. Belə komanda ilk altılıqda olmalıdır. Düzü, hələ oxşar nəticələr hasil etmək tezdir. Hələ hər şey dəyişə bilər.
- Bəs öz yetirmələriniz haqda nə deyə bilərsiniz, onlar Premyer Liqada öz yerlərini qoruya biləcəklər?
- Bizim birbaşa rəqiblərimizlə ev oyunlarımız qalır. Əgər, məsələn, Turan öz meydanında artıq MOİK-i qəbul edibsə, biz hələ bunu etməliyik. Məni kollektivin indiki vəziyyəti sevindirir. Samir Əliyev nəhayət ki, qayıtdı. Təcrübəsiz oyunçular təcrübə toplayıblar. Hələ qışda da güclənsək, düşünürəm ki, çox çalışmaq lazım gəlməyəcək.
