7 dekabr 2010 16:46
Neftçi Gəncədə məşqə, Denis Silva sıradan çıxdı
Sabah ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində Gəncə ilə qarşılaşacaq Neftçi bu gün səhər saatlarında eyniadlı şəhərə yola düşüb. Azerisport.az xəbər verir ki, komanda üzvləri artıq oyunun keçiriləcəyi şəhər stadionunda məşqə də çıxıb.
Məşqdən sonra flaqmanın baş məşqçisi Arif Əsədov sabah saat 13:00-da başlanacaq görüş haqda fikirlərini klubun rəsmi saytına bildirib: “Neftçi bu mövsüm çempionluqla yanaşı, ölkə kubokunu da qazanmağa iddialıdır. Bildiyiniz kimi, bu mövsümdən 1/4 finaladək kubok yarışları bir oyundan ibarət olur. Buna görə də sabahkı qarşılaşmada mütləq qalib gəlməliyik. Düzdür, Denis Silvanın zədəli olması bizi üzür. Əvəzində, Rail Məlikovun sağalması hamımızı sevindirir. Kapitanımız Gəncə ilə oyuna hazırdır”.
