7 dekabr 2010 17:00
Foqtslu yığmamız Danimarka ilə qarşılaşacaq
Azərbaycan milli komandasının yanvar – fevral aylarında Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunları keçirməsi üçün danışıqlar aparan AFFA Danimarka millisi ilə ilkin razılıq əldə edib. Azerisport.az xəbər verir ki, rəsmi razılaşmadan sonra Azərbaycan və Danimarka milli komandaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyunu barədə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Danimarka millisi FİFA-nın reytinq cədvəlində 812 xalla 27-ci pillədədir.
