7 dekabr 2010 17:08
Revaz Dzodzuaşvili: Qarabağ bizi qiymətləndirmədi
Turan`ın baş məşqçisi Revaz Dzodzuaşvili Qarabağ`la bu gün keçirilən kubok oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, penalti seriyasında Ağdam təmsilçisini sensasion şəkildə kubokdan kənarlaşdıran Tovuz klubunun gürcü çalışdırıcısı matçdan sonrakı mətbuat konfransında bunları dilə gətirib:
“Bugünkü oyunda futbolun bütün müsbət amilləri öz əksini tapdı. Meydança yaxşı vəziyyətdə idi, futbolçuların həm taktiki, həm də texniki bacarığını yoxladıq, gəncləri sınaqdan keçirdik. Gənc futbolçularımız 4 hissə oynadılar, oyunun nəticəsini penaltilərlə həll etdilər. Rəqib bəlkə də bizi qiymətləndirmədi. Qarabağ`ın futbolçuları bizdən daha təcrübəli idilər. Qarşıdakı oyunlarda Qarabağ`a uğurlar arzulayıram".
