7 dekabr 2010 17:16

Qurban Qurbanov: Bunu aradan qaldıra bilmədik

Qarabağ`ın baş məşqçisi Qurban Qurbanov bu gün keçirilən Turan`la kubok oyunu haqda fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, doğma meydanda heç kimin gözləmədiyi halda, penalti seriyasında sensasion şəkildə uduzan və kubokdan kənar qalan Ağdam klubunun çalışdırıcısı oyundan sonrakı mətbuat konfransında bunları dilə gətirib:
 
“Turan`a və baş məşqçisinə həmişə hörmətlə yanaşmışam. Bugünkü oyunda çoxlu qol imkanlarımız oldu. Amma futbolçularımda arxayınçılıq hiss olunurdu, bunu aradan qaldıra bilmədik. Oyunun nəticəsini penaltilərə kimi həll etməli idik. Penalti - lotereyadır, kimin qalib gələcəyini demək mümkün deyil. Ən çətin oyunlarım həmişə Turan`a qarşı olub. Tovuz futbolunun yetirmələrində həmişə qələbə həvəsi olub, Turan`ı qələbə münasibəti ilə ürəkdən təbrik edirəm. Sona kimi mübarizə apardılar və qələbə qazandılar. Bu məğlubiyyət bizim üçün daha bir zərbədir. Bundan sonra çətin oyuna gedirik, gücümüz məhz indi bilinməlidir. Çalışacağıq ki, qələbə qazanaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.