7 dekabr 2010 11:17
AFFA Məmmədovu hakimlikdən uzaqlaşdırdı
AFFA Hakimlər Komitəsi (HK) Mahir Məmmədovu mövsümün sonuna qədər AFFA-nın bayrağı altında keçirilən bütün yarışlarda hakimlikdən kənarlaşdırıb. Azerisport.az xəbər verir ki, buna 28 noyabr 2010-cu il tarixində U-13 Liqasında keçirilmiş Sərhədçi - Gücbirliyi komandalarının oyununa təyinat almış bu hakimin oyuna gecikməsi səbəb olub. Məhz bunu əldə əsas tutan HK isə Nizam-İntizam Kodeksinin 1.5 maddəsinə əsasən, onu mövsümün sonuna qədər cəzalandırmağı lazım bilib.
