7 dekabr 2010 15:43
Sensasiya! Turan Qarabağ`ı kubokdan kənarlaşdırdı (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, hələ xeyli öncədən məlum olduğu kimi, baş tutmalı oyunlardan yalnız biri ilk oyun gününə təsadüf edib. Bakıda, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda Qarabağ Turan`la münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmanın əsas və əlavə vaxtında qapılara qol vurulmayınca, qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Vüqar Nadirov və Rauf Əliyev kimi milli üzvlərinin qeyri-dəqiq zərbələri Ağdam təmsilçisinin sensasion şəkildə kubokdan kənar qalmasıyla nəticələnib. Qalan görüşlər isə sabah keçiriləcək.
Ölkə kuboku
1/8 final
7 dekabr (çərşənbə axşamı)
QARABAĞ - TURAN - 3:4-penaltilərlə (Əsas və əlavə vaxt 0:0)
Penalti zərbələri:
Georgi Adamiya - 1:0
Viktor Qonta - 1:0
Rəşad Sadiqov - 2:0
Muammer Erdoğdu - 2:1
Elvin Məmmədov - 3:1
Rəşad Piriyev - 3:2
Vüqar Nadirov - 3:2
Georgi İçediya - 3:3
Rauf Əliyev - 3:3
Şəhriyar Xəlilov - 3:4
8 dekabr (çərşənbə)
GƏNCƏ - NEFTÇİ, XL – MKT-ARAZ, QƏBƏLƏ - NEFTÇİ İSM, BAKI - MUĞAN, SİMURQ - ABŞERON, ŞUŞA - İNTER, RƏVAN - AZAL.
