7 dekabr 2010 11:48
Sadıqov ilin məşqçilərini müəyyənləşdirməkdə də Foqtsdan fərqləndi
FIFA-nın France Football nəşri ilə birgə hazırladığı ilin ən yaxşı baş məşqçisi mükafatına əsas namizədlər müəyyənləşib. Azerisport.az xəbər verir ki, çoxsaylı namizədlərin arasından sonda məhz bu üçlük sözügedən mükafata sahib çıxmaq imkanı qazanıb: İspaniyalı Visente Del Boske, Xosep Qvardiola və portuqaliyalı Joze Mourinyo. Daha öncə müəyyənləşən 10 namizədin yeddisi isə səsvermədə lazımı qədər xal toplaya bilmədiyi üçün siyahıdan çıxarılıb.
Qeyd edək ki, bu mükafatın sahibi, jurnalistlərin və FIFA-ya üzv olan 208 ölkənin milli komanda baş məşqçilərinin və kapitanlarının səsləri sayəsində gələn il yanvarın 10-da elan olunacaq. Maraq üçün aşağıda əsas komandamızın baş məşqçisi Berti Foqtsun, eləcə də kapitan Rəşad Sadıqovun səs verdiyi mütəxəssisləri diqqətinizə çatdırırıq:
Foqts: 1. Yoahim Löv, 2. Joze Mourinyo, 3. Bert van Marveyk.
Sadıqov: Joze Mourinyo, 2.Visente del Boske, 3.Lui van Qal.
