7 dekabr 2010 12:07
Əmirquliyev üçün Xəzər Lənkəran`ın heyətində 100 oyun
Rahid Əmirquliyev Premyer Liqasının 16-cı turunun Turan`la səfər oyununda yubileyini qeyd edib. Azerisport.az cənub klubunun rəsmi saytına istinadən xəbər verir ki, 2006-cı ilin yayında bu kluba transfer olunan yarımmüdafiəçi XL-ın heyətində 100-cü çempionat oyununu keçirib. Cari mövsüm bütün çempionat qarşılaşmalarının iştirakçısı olan Rahid bu göstəricisi 3 rəqəmlə ifadə olunan 3-cü oyunçu olub.
Qeyd edək ki, Rəşad Abdullayev 115, Alim Qurbanov isə 114 çempionat matçında XL-ın şərəfini qoruyub.
Əmirquliyev XL-la Azərbaycan çempionatlarında
2006/07 – 17 oyun
2007/08 - 16 oyun
2008/09 - 24 oyun
2009/10 - 27 oyun
2010/11 - 16 oyun
