7 dekabr 2010 00:11

Rəşad yenə oynamadı, komandası Kayseridən 1 xalla döndü

Türkiyə Superliqasında 15-ci turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, turun qapanış matçında millimizin kapitanı Rəşad Sadıqovun çıxış etdiyi Eskişehirspor səfərdə Kayserispor`la qarşılaşıb.
 
Bülənt Uyğunun gəlişindən bəri yalnız Fenerbahçe ilə səfər oyununda uduzan Eskişehir təmsilçisi bu dəfə də məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib. Rəşadın komandası hətta qələbəyə də yaxın olub. Görüşün 9-cu dəqiqəsində Kaya ilə hesabı açan qonaqlar 31-ci dəqiqədə Şişmanoğlunun hesabı bərabərləşdirməsinə mane ola bilməyiblər.
 
Fasilədən sonra Sadıqovun oyundaşları yenidən hesabda önə keçiblər. Bu dəfə Eser 69-cu dəqiqədə yenidən komandasını hesabda önə keçirib. Lakin sona 7 dəqiqə qalmış Ali Bilgin qonaqların qələbə qazanmaq arzusunun gerçəkləşməsinə mane olub. Nəticədə tərəflər hərəyə bir xalla kifayətləniblər.
 
Son oyunlarda zədə səbəbindən iştirak edə bilməyən Rəşad bu dəfə də forma geyə bilməyib. Komandası onun yoxluğunda daha bir xal qazanaraq, xallarının sayını 16-ya çatdırıb və hazırda 13-cü pillədə qərarlaşıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.