7 dekabr 2010 12:27
Mirça Rednikin ölkəmizdəki ilk yubileyi
Premyer Liqasının 16-cı turunun Turan`la oyunu Xəzər Lənkəran`ın baş məşqçisi Mirça Rednik üçün əlamətdar olub. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın rumıniyalı çalışdırıcısı bu postda 10-cu qələbəyə sevinib.
Ölkəmizə gəldiyi gündən futbolçularını 16 matça çıxaran mütəxəssis buna nail olan 3-cü baş məşqçi olub. Belə ki, XL-ın “sükanı arxasında” yalnız 2 məşqçi - Ağasəlim Mircavadov və Rasim Kara qələbə sayında iki rəqəmli ədədə qədər irəliləməyə nail olmuşdu.
Qeyd edək ki, Azərbaycan futbolu tarixində yalnız 9 legioner məşqçi Premyer Liqamızda 10 qələbə səddini aşmışdı. Rednik bu siyahıya daxil olan 10-cu məşqçi oldu.
