7 dekabr 2010 00:27
“Vinfrid Şefer yanvara kimi postunda qalacaq”
Bakı`nın baş məşqçisi Vinfrid Şefer ən azı yanvar ayına kimi postunda qalacaq. Bu haqda azerisport.az-a paytaxtın eyniadlı klubunun baş meneceri Zeynal Məmmədov məlumat verib:
“İlin sonuna kimi bizim çempionatda 3 oyunumuz qalır. Belə bir vəziyyətdə baş məşqçiylə yollarımızı ayırmağımız heç də düzgün olmazdı. Şefer yanvara kimi qalacaq. O məşqçidir, qoy düşünsün, görsün komandanı bu vəziyyətdən necə çıxara bilər? Son söz isə klub prezidenti Hafiz Məmmədov tərəfindən deyiləcək. O, ilin sonunda komandanın, baş məşqçinin işinə qiymət verəcək”.
