7 dekabr 2010 12:36
Yığma komandamız Qətərlə yoldaşlıq oyunu keçirəcək
Dekabrın 10-dan 14-ə qədər Qətərin Doha şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində dekabrın 13-də yığmamız Qətərin U-21 komandası ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
U-21-in heyətinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Osman Umarov, Anar Məhərrəmov, Rüstəm Abbasov, Tərlan Quliyev, Qara Qarayev, Emin Cəfərquliyev, Fərrux Rəhimov, Zahid Quliyev, Emin Mustafayev, Mirhüseyn Seyidov, Kamil Nurəhmədov, Eşqin Quliyev, Tural İsgəndərov, Murad Səttarlı, Orxan Həsənov, Ruslan Qurbanov, Səddam Hüseynov.
