7 dekabr 2010 12:57
İnter, AZAL və Simurq`un oyunçuları diskvalifikasiya olundu
Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının son turunda baş verən olaylara hüquqi qiymət verilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələr nəticəsində aşağıdakı qərarlar çıxarılıb:
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 16-cı turunun Qarabağ - İnter matçının 67-ci dəqiqəsində İnter`in futbolçusu Murad İsgəndərli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
AZAL - Neftçi matçının 77-ci dəqiqəsində AZAL-ın futbolçusu Elmir Məmmədov əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
Bakı - Simurq matçının 7-ci dəqiqəsində Simurq`un futbolçusu Elnur Yusifov aqressiv oyuna görə (əl ilə rəqibə zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
