8 dekabr 2010 13:04
Mourinyo daha bir türk futbolçunu Real`a aparır
İspaniyanın Real klubunun baş məşqçisi daha bir türk futbolçunu yanına aparmaq istəyir. Türkiyənin Milliyet qəzetinin yazdığı xəbərə görə, Madrid təmsilçisinin portuqaliyalı çalışdırıcısı Mesut Özilin ardınca, Nuri Şahini də komandasında görmək istəyir.
Qeyd edək ki, Nuri hazırda Almaniyanın Borussia (Dortmund) klubunda forma geyir. Cari mövsüm fırtına kimi əsən Dortmund təmsilçisinin heyətində sərgilədiyi oyunla diqqətləri çəkən Şahini Mour da bəyənib. Hazırda Inter, Liverpool və Bayern Münih kimi digər böyük komandaların da transfer siyahısında yer alan Nuri Şahinin qiyməti isə 15 milyon avrodur.
