8 dekabr 2010 13:56
Kamal Bayramov: Biz qələbəni Qarabağ`dan daha çox istəyirdik
Turan`ın qapıçısı Kamal Bayramov dünən keçirilən ölkə kubokunun 1/8 final mərhələsinin Qarabağ`la oyununda qazandıqları sürpriz qələbə ilə bağlı fikirlərini açıqlayıb. O, azerisport.az saytına müsahibəsində bunları vurğulayıb:
“Kubokda hər şeyi bir oyun həll edir. Buna görə də biz bütün gücümüzü sərf etdik ki, Qarabağ`ı keçək. Hesab edirəm ki, biz baş məşqçimizin bütün tapşırıqlarını lazımınca yerinə yetirə bildik. Biz qələbəni daha çox istəyirdik, nəinki onlar. Bu, sadəcə bizim günümüz idi”.
