8 dekabr 2010 01:48
Azərbaycan çempionu Banants`la qarşılaşa bilər
Gələn ilin yanvar ayının 14-dən 23-dək Sankt-Peterburqda keçiriləcək Birlik Kubokunun bütün iştirakçılarının siyahısı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu siyahı hələ bir neçə gün öncədən məlum olsa da, Ermənistan çempionu Pünik`in yarışdan imtinası Təşkilat Komitəsini çətin vəziyyətdə qoymuşdu. Lakin artıq Ermənistan Futbol Federasiyası TK-nə göndərdiyi məktubda Pünik`in əvəzində Rusiyaya Banants`ın gələcəyini bildirib.
Beləliklə, Banants`dan əlavə, son Azərbaycan çempionu İnter`in mümkün rəqiblərinin tam siyahısı belədir: Bunedkor (Özbəkistan), Ekranas (Litva), İskra-Stal (Moldova), Şaxtyor (Ukrayna), Skonto (Latviya), Şaxtyor (Belarus), Flora (Estoniya), İktiklol (Tacikistan), Neftçi (Qırğızıstan), Nebitçi (Türkmənistan), Tobol (Qazaxıstan), HİK (Finlandiya), Zenit (Rusiya) və Rusiyanın gənclərdən ibarət yığması.
