8 dekabr 2010 01:50
FİFA hakiminin evi soyuldu
Türkiyənin FIFA dərəcəli hakimlərindn Halis Özkahyanın evi oğrular tərəfindən qarət olunub. Azerisport.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, ədalət təmsilçisinin Yalovadakı evində heç kimin olmadığını görən oğrular, bu fürsəti əldən qaçırmayıblar.
Hadisə isə, FİFA hakiminin xüsusi bir turnirdə fit çalmaq üçün Portuqaliyada olduğu günlərin birində baş verib. Məhz həmin səfərdən qayıdarkən, evinin oğrular tərəfindən qarət olunduğunu görən Özkahya, dərhal hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda polis həmin oğruların tapılması yönündə istintaq axtarışları aparmaqdadır.
