8 dekabr 2010 01:55
Rauf Əliyev yenə bəxtdən şikayətləndi
Qarabağ`ın və millimizin hücumçusu Rauf Əliyev ölkə kubokunun 1/8 finalında Turan`a sensasion yenilgiləri haqda fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Ağdam klubunun ön xətt oyunçusu sürpriz yenilgini belə dəyərləndirib:
“Belə baxanda heç də pis oynamadıq. Sadəcə qol vura bilmədik. Halbuki o qədər qol vəziyyətlərimiz oldu. Bəxt bizim tərəfimizdə deyildi. Bizə əsas vaxtda qol vurmaq lazım idi. Ancaq biz bunu bacarmadıq. Penalti zərbəsini qeyri-dəqiq vurmağıma gəlincə, həmin vaxt məndə heç bir həyəcan yox idi. Sadəcə zərbəm alınmadı”.
