8 dekabr 2010 02:00
Rauf Mehdiyev: Növbəti mərhələyə adlamaq üçün əlimdən gələni edəcəm
Neftçi`nin qapıçısı Rauf Mehdiyev ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində bu gün qarşılaşacaqları Gəncə ilə görüş öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, klubun rəsmi saytına açıqlamasında o, bunları danışıb.
“Kubok oyunlarının özünəməxsus ab-havası olur. Gəncə ilə oyunun çətin keçəcəyini düşünürəm. Çünki bu komanda evdə çox güclü təsir bağışlayır. Ancaq Neftçi yüksək hədəfləri qarşısına məqsəd qoyubsa, bu matçda mütləq qalib gəlməlidir. Mən komandamın növbəti mərhələyə yüksəlməsi üçün əlimdən gələni edəcəm. Rəqibin heyətində Ceyhun Sultanov kimi səviyyəli pleymeyker yer alır. Mən onunla bir komandada çıxış etmişəm, düşünürəm ki, o standart vəziyyətlərdən bizə təhlükə yarada bilər. Artıq Gəncə şəhər stadionunun meydançasında məşqə çıxmışıq. Belə ot örtüyündə texnikalı futbol nümayiş etdirmək çox çətindir. Qapıçılar üçün də belə meydançalar əlavə problemlər yaradır, çünki top istiqamətini dəyişə bilir”.
