8 dekabr 2010 02:06
Flamengo`nun qapıçısına 4 il yarım həbs cəzası!
Braziliyanın Flamengo klubunun keçmiş qapıçısı Bruno 4 il yarımlığına azadlıqldan məhrum edilib. Azerisport.az xəbər verir ki, buna onun sevgilisi Elisa Samudionu öldürməsi səbəb olub.
Məhz bu səbəbdən həbs olunan futbolçunun işlədiyi digər cinayətlərin də üstü açılınca, məhkəmə Bruonun 4 il yarım müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib. 25 yaşlı qapıçı haqda Rio de Janeyro məhkəməsinin çıxardığı bu qərarın haqsız olduğunu iddia edənlər də var. Brunonun vəkili özlərini müdafiə etmək üçün heç bir güzəşt əldə edə bilmədiklərindən şikayətçidir.
