8 dekabr 2010 02:17

Ceyhun Sultanov: Gəncə 2:6-nı unutmayıb

Gəncə`nin yarımmüdafiəçisi Ceyhun Sultanov azerisport.az-a müsahibəsində Azərbaycan kubokunun 1/8 final finalında bu gün keçiriləcək Neftçi`ylə oyun barədə ümidlərindən danışıb.
 
- Neftçi`yə qarşı keçiriləcək kubok oyununa hansı ümidlər bəsləyirsiniz?
- Bütün komandada ümumi köklənmə var. Bu mərhələdə hər şeyi bir oyun həll edəcək. Qələbə qazansaq, yolumuza davam edəcəyik. Biz rəqibə hörmət edirik. Ancaq gizlətmirik ki, qələbə üçün hər şeyə getməyə hazırıq.
 
- Ancaq Neftçi həm çempionatda yaxşı gedir, həm də heyətinə görə sizi qabaqlayır...
- Bunu hələ sübut etmək lazımdır. Şanslar bərabərdir. Neftçi Gəncəyə gəlir. Bunu da unutmayın. Azarkeşlərimiz bizi tək buraxmırlar, hətta məşqlərə də gəlirlər. Ab-hava tam başqa olacaq.
 
- Yeri gəlmişkən, Azərbaycan çempionatının son oyununda Gəncə azarkeşləri komandadan ilk dövrədəki 2:6-nın əvəzini bu rəqibdən çıxmağı tələb edib...
-  Komanda hələ bu oyunu unutmayıb. Gəncə gərək bu hesabla məğlub olmayaydı. Biz oyunu əla başladıq. Amma oyunçumuz qovulduqdan sonra hər şeyi itirdik. Neftçi mükəmməl hücum edirdi. Onların yaxşı hücumçuları var. Çərşənbə günü bizim işimiz çox olacaq.
 
- İlk növbədə Nasimovu nəzərdə tutursunuz?
- Düzünü desəm, Flavinyo daha çox yadımda qalıb. Hə, Nəsimov əla oyunçudur. Ancaq ab-havanı komandada eyni dərəcədə braziliyalı da qururdu. Təəssüf ki, o, zədə alıb. Buna baxmayaraq onsuz da “ağ-qaralar” bizim yarımmüdafiəni mümkün olduqca tez dəf etməyə çalışacaqlar. Əgər onlara bunu etməyə imkan versək, onda bütün oyunu itirəcəyik.
 
- Buna görə də açıq futbolu unutmaq lazımdır?
- Bunu heç kim vəd etmirdi. Belə püxtələşmiş komanda ilə oyunda birdən-birə hücum haqda necə düşünmək olar? İlk növbədə gərək müdafiədə səhv etməyək.
 
- Gəncə çempionatın ilk “altılığ”ına düşməyin çox çətin olacağını nəzərə alaraq bütün diqqətini kuboka yönəldib?
- Bizim hələ də “altılığ”a düşmək şanslarımız var. Sadəcə kubok oyunlarına fərqli həvəslə yanaşırıq. Həm də yalnız biz yox. Gəncə`yə varlığını sübut etmək müyəssər olub. Sonrakı oyunlara yaxşı köklənmək üçün bizə Neftçi üzərində qələbə çox vacibdir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.