8 dekabr 2010 14:39
Millimizin seleksiya xarakterli təlim-məşq toplanışı olacaq
Dekabrın 15-dən 18-ə qədər Şağan Olimpiya İdman Kompleksinin stadionunda 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, komandanın məşqləri toplanışın ilk günündə saat 15:30-da, digər günlərdə isə saat 10:00-da və 15:30-da başlayacaq.
